Mərkəzi Kəşfiyyat İdarəsində gizli “İran” toplantısı

Baxış sayı:
3994

ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Boltonun keçən həftə Virciniya Langley-dəki MKİ mərkəzində, Tramp rəhbərliyinin yüksək səviyyəli kəşfiyyat, diplomatiya və hərbi rəsmiləri ilə İran mövzusunda gizli bir toplantı keçirdiyi ortaya çıxıb. “NBC News” xəbər saytına görə, 29 apreldə keçirilən gizli toplantıda, MKİ direktoru Gina Haspel, Müdafiə nazirinin vəkili Partick Şanahan, Baş Qərargah rəisi Co Dunford, Xarici İşlər naziri Mayk Pompeo və Milli Kəşfiyyat direktoru Dan Coatsun qatıldığını bildirib. “NBC News” ABŞ-ın İranda yalnız MKİ mərkəzində nəzərdən keçirilə biləcək çox xüsusi bir kəşfiyyat toplama qabiliyyətinə malik olduğunu bildirib.
Müxalifət.az