Mərhum dünya çempionunun törətdiyi qəzada xəsarət alan şəxs kimdir? - VİDEO / YENİLƏNİB

Baxış sayı:
5448

Bir neçə gün öncə Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.
MMA döyüş növü üzrə dünya çempionu, 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxsin kimliyi bilinib. O, 1964-cü il təvəllüdlü Cavadov Kərim Əlibala oğludur.
Əldə olunan məlumata görə, K.Cavadov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub. O, qəza baş verən gün bədənin müxtəlif yerlərinin xəsarətləri, sol körpücük sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bir müddət orada müalicə alan K.Cavadov daha sonra DİN-in hospitalına köçürülüb. (Trend)

*** 11:06

Azərbaycanlı idmançı Fərhad Poladovun qəzaya düşdüyü anın görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Poladovun yüksək sürətdə idarəetməni itirərək digər yola çıxdığı əks olunub. Onun əks yolda sürətlə hərəkət edən avtomobillə toqquşduğu görünür.