Mərdəkanda zəncirvari qəza: 2 nəfər ölüb, 9 yaralı - FOTO

Hadisə nəticəsində yaralanan 58 yaşlı qadın bu gün dünyasını dəyişib
 
Sentyabrın 11-i gecə saatlarında paytaxtın Xəzər rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Mərdəkan qəsəbəsində 3 avtomobilin toqquşması nəticəsində yaralanan 10 nəfərdən 1-i – 1959-cu il təvəllüdlü Abdullayeva Sevda Xudaverdi qızı 3 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Qəza zamanı "VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən "Daewoo" da "VAZ-2106"ya çırpılıb. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.
Yaralıların siyahısı:
Behbudova Lalə Alı qızı – 28 yaş
Əliyev Rac Fikrət oğlu - 38 yaş
Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş
Şövqətov Əllədin Hüseynqulu oğlu - 65 yaş
Şövqətova Əminə Zöhrab qızı - 34 yaş
Şövqətova Zaur Əllədin oğlu - 35 yaş
Əliyeva Nəzrin Rac qızı - 11 yaş
Hacıyev Yusif Anar oğlu - 5 yaş
Hacıyev Adəm Bəhrəm oğlu - 3 yaş
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır./report