Məqsədimiz bəllidir, Qarabağın həlli... - Boçarnikov

Baxış sayı:
3541

Rəsmi mövqeyimiz çox aydındır və hamıya bəllidir. Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk qrupu prizmasından baxırıq. Məqsədimiz münaqişə tərəflərinin razılıq əldə etməsi üçün onlara dəstək verməkdir.
Report xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, hazırda danışıqlar prosesində tərəflərin bir-biri ilə tanış olması üçün müəyyən addımlar atılır.