Mossad Putinin dostunun qızını “Ulduz” etmək istəyib

Baxış sayı:
9406

İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın Rusiya prezidenti Vladimir Putinə yaxın məşhur bir rus iş adamının beynəlxalq musiqi bazarına addım atmaq istəyən qızına yardımçı olduğu qeyd olunub.
 
 İsrailin aparıcı qəzetlərindən “Haaretz”-də dərc olunan xəbərə görə, adı açıqlanmayan və enerji sektorunda nüfuzulu olduğu bildirilən bir rus iş adamı qızının beynəlxalq musiqi bazarında karyera edə bilməsi üçün Mossad-dan kömək istəyib.
Rus iş adamı qızına yardımçı olması üçün Mossad-ın keçmiş sədri Meir Daqan ilə əlaqəyə keçib.Rus dilində olduqca yaxşı danışan Daqan, Putinə yaxın bu insanla əlaqəsini inkişaf etdirmək üçün rus iş adamının xahişini qəbul edib.
Bundan sonra Daqan rus iş adamı və müğənni olmaq istəyən 21 yaşlı qızını İsrailli Hollivud prodüsseri Arnon Milçan ilə görüşdürüb.
Təxminən 10 il əvvəl Milçanın İsrailin şimalındakı bir sahil kəndində yerləşən evində baş tutan görüşdən sonra Hollivudlu prodüsser rusiyalı iş adamına yardım etməyi qəbul edərək qızını Hollivudda bir səsyazma studiyasına yönəldib.
 
Karyera başlamadan bitdi
 
Ancaq bütün bu səylərə baxmayaraq kimliyi açıqlanmayan rus iş adamının qızının Youtube-da yalnız bir ingilis mahnısının olduğu, bilinməyən bir səbəblə karyerasının başlamadan sona çatdığı ifadə edilib.
Müxalifət.az