Mossad-MI6-MKİ iranlı alimi birgə əməliyyatla qaçırıblar

Baxış sayı:
2134

 İranda bir nüvə mütəxəssisinə qarşı sui-qəsddə adı keçən və İranın nüvə işləri haqqında məlumat sahibi olan elm adamının İsrail, İngiltərə və ABŞ-ın kəşfiyyat xidmətləri olan Mossad-MI6-MKİ-nın birgə əməliyyatı ilə İngiltərəyə qaçırıldığı irəli sürülüb.
 
“Daily Mail” və “Sunday Express” İranın nüvə proqramı haqqında məlumat sahibi və İranın bir nömrəli nüvə mütəxəssisi Mustafa Əhmədi Roşana 2012-ci ildə təşkil olunan sui-qəsdə adı qarışmış bir elm insanının İngiltərə üzərindən ABŞ-a qaçırılması üçün əməliyyat keçirdiyini bildirib.
Əməliyyatdan xəbərdar olan mənbələrə əsaslandırılan xəbərdə, qarşı tərəfə casusluq edən 47 yaşlı İranlı elm insanının İrandan çıxarılıb, İngiltərəyə gətirilməsi üçün İngilis, Amerika və İsrail xarici xüsusi xidmət orqanları MI6, MKİ və Mossad-ın birgə əməliyyat keçirdiyi qeyd olunub.
 
OKTYABRDA PLANLAŞDIRILDI, DEKABRDA HƏYATA KEÇİRİLDİ
 
 ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən çıxıb, sanksiyaların yenidən tətbiq olunması açıqlamasından 5 ay sonra, 2018-in oktyabrında hazırlanan əməliyyat planı dekabr ayının sonunda həyata keçirilib.
 
İLK DAYANACAQ TÜRKİYƏ
 
 Mossad-ın İrandan çıxarmağa nail olduğu şəxs ilkin olaraq Türkiyəyə gətirilib. Oradan quru yolu ilə 4828 kilometr qət edərək Fransanın Kalais şəhərinə çatdırılıb.
Kalais şəhəri Yaxın Şərq və Afrika ölkələrindən nizamsız miqrantların yığıldığı bir mərkəzdir. Burada məqsəd İranlının qaçqın böhranı adı altında Böyük Britaniyaya buraxılması idi.
 
REZİN QAYIQLA KEÇDİLƏR
 
 “Sunday Express”-ə açıqlama verən İngilis gizli xidmətindən bir səlahiyyətli, "Fransaya çatandan sonra geriyə onu Britaniyaya necə aparacağımız sualı qaldı. Təyyarəyə qoyub göndərə bilməzdik. Qeyri-adi də olsa, onu Manş dənizini rezin qayıqla keçməyə hazırlaşan bir qaçqın qrupunun içinə sızdırmağın daha doğru ola biləcəyinə qərar verildi" deyib. Sputnik-də yer alan xəbərə görə səlahiyyətli sözlərini belə davam etdirib:
 
İRAN TAPMAQ ÜÇÜN XESUSİ TƏYİNATLILARI GÖNDƏRDİ
 
 “Bu həll yolunun da özünə görə çətinlikləri vardı. İranda yoxluğu fərq edilmişdi və yaxalanması üçün İran İnqilabi Qvardiyanın xüsusi bir birliyinə tapşırıq verilmişdi, bu xəbər kəşfiyyat təhlükəsizlik casuslarımıza çatdırılmışdı".
Yeni ildə 12 miqrantla birlikdə İngiltərənin Kent bölgəsindəki Lydd qəsəbəsinə çatan İranlı nüvə alimi əvvəl MI6 tərəfindən sorğu-sual olunub, sonra təyyarə ilə ABŞ-a göndərilib.
İranla nüvə müqaviləsindən ABŞ çıxmışdı, amma Avropa Birliyi ölkələri kimi, İngiltərə də sadiqliyini davam etdirir.
 
İSRAİLDƏN SUİ-QƏSD KAMPANİYASI
 
 2010-2012 illər arasında Tehranda İranın 5 aparıcı nüvə mütəxəssisinə sui-qəsd təşkil olunub. İçlərində İran Atom Enerjisi Qurumu tərkibində mühüm bir vəzifədə olan Məcid Şahriari və Natanzdakı uran zənginləşdirmə obyektinin rəhbərlərindən Mustafa Əhmədi Roşan da vardı. İsraili məsul tutan və Mossad-ın İrandakı gizli özəyini dağıtdığını açıqlayan İran rəhbərliyi, sui-qəsdlərin hazırlanmasına kömək etdikləri ittihamı ilə biri nüvə mütəxəssisi olmaqla, ən azı 4 nəfəri edam edib.
Müxalifət.az