MOSSAD İranı İTTİHAM ETDİ

Baxış sayı:
4687

İsrailin Daxili Kəşfiyyat Xidməti (Şabak), İran kəşfiyyatını, İsraildə silahlı qruplar yaradaraq vətəndaşlarına qarşı silahlı aksiyalar planlaşdırmaqda ittiham edib.
 
“Şabak” tərəfindən dünən bildiriblər ki, əl-Xəlil şəhərində Fələstinlilərdən ibarət bir terror qruplaşmasının dağıdıldığı və həmin qrupu silahla təhciz edən şəxsin İranın Cənubi Afrikadakı kəşfiyyat kadrları ilə əlaqəli olduğu bildirilib.
Açıqlamada, İran kəşfiyyatının  Qərbi Şeriada fəaliyyət göstərən sözügedən silahlı qruplaşmasının, Cənubi Afrikanın paytaxtı Yohannesburqda yaşayan İran kəşfiyyatına bağlı bir nəfər tərəfindən maliyyələşdirildiyi vurğulanıb.
İsrailin baş naziri Binyamin Netanyahunun ofisi tərəfindən məsələ ilə bağlı edilən açıqlamada, “Şabak” və ordu qüvvələri tərəfindən nəzarətə alınan, əl-Xəlildə Kompüter Mühəndisliyi fakültəsində oxuyan 29 yaşlı Məhəmməd Maharimenin silahlı qruplaşmanın başı olduğu ifadə edilib. Maharime və qrupun digər üzvlərinin illərdir Yohannesburqda yaşayan bir casus tərəfindən maliyyələşdirildiyi bildirilib.
 
Silah çatdırmaq üçün Cənubi Afrika yolunu istifadə etdilər
 
Açıqlamada, Maharime və digər qrup üzvləri ilə aparılan sorğuda İran kəşfiyyatının qruplaşmaya silah çatdırmaq üçün Cənubi Afrika yolunu istifadə etdiyi bildirilib. Maharimenin İran kəşfiyyatının yönəlik casusluq və terror aktları üçün fəaliyyət göstərdiyi qeyd olunub. Maharimenin 2015-ci ildə Yohanneburqa gedərək bəzi İranlı rəsmilərlə görüşdüyü də bildirilib.
İsrail hökumətinin rəsmi açıqlamasında isə İran xüsusi xidmət işçilərinin Mahariməyə İsrail hədəflərinə qarşı hücum reallaşdırması üçün hazırlıqlara başlaması və bu çərçivədə intihar təlimlərinin keçirilməsi və silahlı hücuma hazırlaşması göstərişi verdiyi vurğulanıb.
“Şarkul Avsat”ın xəbərinə görə, açıqlamada, İran Kəşfiyyatının maliyyə mənbəyi kimi, kəşfiyyat mərkəzi şəklində istifadə edəcəyi bir kompüter təmiri dükanı açmaq istədikləri bildirilib. "İstintaq prosesində əldə edilən məlumatlara görə, İranlı casuslar, Mahariməyə İsrail torpaqlarında yaşayan Fələstinli Ərəbləri İsrail daxilində hərəkət etmək üzrə maarifləndirmə və müxtəlif kritik nöqtəyə çatmaları üçün jurnalistlərlə işləməsini istəyiblər. Bu məqsədlə Maharimə və qrupuna əl-Xəlildə yaşayan iki nəfəri komandaya götürməsi qarşılığında 8 min dollar veriblər".
Digər tərəfdən İsrail ordusu tərəfindən dünən nəşr olunan hesabatda, İran ilə ən çox əlaqəsi olan Fələstinli qrupun İslami Cihad Hərəkatı olduğu müəyyənləşdirilib. Ötən cümə günü, Qəzzadan İsrail ərazisinə atılan raketlərin İslami Cihad Hərəkatı tərəfindən atıldığı müəyyən edilib.
Hərəkat tərəfindən İsrail ərazisinə atılan raketlərin İran istehsalı olduğuna dair iddialara diqqət çəkilən hesabatda, İslami Cihadın eyni tip raketlərdən noyabr ayında, Qəzzanın şimalındakı bir İsrail hərbi hissəsinə qarşı istifadə etdiyi də bildirilib.
Qeyd edək ki, ötən cümə günü, Qəzzanın şimalından İsrail tərəfinə qarşı həyata keçirilən raket hücumunda raketlərdən ikisi “Dəmir Günbəz” tərəfindən məhv edilərkən, üçüncüsü bir Yəhudi yaşayış məntəqəsinə düşərək 2 İsrail vətəndaşının yaralanmasına və maddi zərərə səbəb olmuşdu.
Müxalifət.az