​MOSSAD-dan İranda gizli əməliyyat – SUİ-QƏSD PLANI ÜZƏ ÇIXDI

Baxış sayı:
3835

İsrailin “İranın nüvə proqramının beyni” adlandırdığı elm adamı Möhsün Fəhrzadə Mehabadi MOSSAD-ın sui-qəsd siyahısına salınıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bir neçə il əvvəl MOSSAD bəzi iranlı elm adamlarına sui-qəsd planı həyata keçirməyə cəhd edib. Mehabadinin adının da həmin siyahıda yer aldığı diqətə çatdırılır.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu son açıqlamasında İsrail kəşfiyyatının İranın nüvə silahı hazırlamaq üçün gizli proqram üzərində işlədiyinə dair məlumat əldə etdiyini bildirib. O, qeyd edib ki, kəşfiyyatın əməliyyatı nəticəsində 55 min səhifəlik məxfi məlumatı ələ keçirilib.
Netanyahu açıqlamasında Mehabasdidən də söz açmışdı.