​"Moskvadan Yerevana metro xətti çəkilsin" - Jirinovskidən əcaib TƏKLİF

Baxış sayı:
3236

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskva ilə Yerevan arasında dəmiryol əlaqəsinin yaradılmasını təklif edib.
 
Muxalifət.az xəbər verir ki, partiya lideri deyib: “Mən Tbilisidən keçməklə Yerevan-Moskva qatarına minmək istərdim. Sürətli qatar olsun – 20 saata Yerevandan Moskvaya çatsın”.
Onun bu fikini dəstəkləyərək metro çəkilməsini tələb edənlər cavab olaraq isə əlavə edib: “Metro? Metro da olar. Yerevan-Moskva metrosu. Alimlərimiz bunu edə bilər"./trend/