Moskvadan Nazarbayevə İKİBAŞLI MESAJ

Baxış sayı:
4579

Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilərlər.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib.
“Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilərlər. Bu cür oyunları biz postsovet məkanının digər hissələrində görürük. Mən artıq sizə Yaxın Şərq və Şimali Afrikadan danışmıram. Ekspertlər artıq qeyd edirlər ki, üçüncü ölkələr MDB-yə, Avrasiya İttifaqına, Şanxay Əməkdaşlıq Təşkilatına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər arasında rəqabət və təhlükəli fikir ayrılığı formalaşdırmağa cəhd edirlər. Bu istiqamətdə isə antirusiya sanksiyalarından istifadə edilir və Rusiya ilə əməkdaşlığa sadiq qalanlar təhdid edilir”, – deyə o bildirib.