​Moskvada hava limanı təxliyə edildi - BOMBA HƏYƏCANI

Moskvada “Jukovski” hava limanı anonim zəngdən sonra təxliyə olunub.
Trend-in məlumatına görə, aeroporta bomba qoyulması barədə zəng daxil olduqdan sonra əməkdaşlar oradan çıxarılıb.
Həmin müddət ərzində uçuşlar həyata keçirilməyib. Axtarış aparıldıqdan sonra heç bir şübhəli maddə aşkar edilməyib.