​Moskvada çeçenlərlə azərbaycanlılar görüşdülər - VİDEO

Baxış sayı:
8557

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən sonra hər iki tərəfin nümayəndələri bir araya gəliblər. 
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, Moskvada toplaşan azərbaycanlı və çeçenlər iki millət arasında ədavətin olmadığını deyərək baş vermiş hadisəni təxribat adlandırıblar. 
"Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Birlikdə işləyir, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar və təxribatlara uymasınlar" - çeçen nümayəndələrdən biri deyib. 
Həmçinin qeyd olunub ki, “Neolit” restoranında baş verənlər Çeçen və Azərbaycan xalqı arasında illərdir davam edən dostluq münasibətlərini poza bilməz.