Moskvada atışma: Ölən var

Baxış sayı:
3304

Moskvanın cənub-qərbində kafelərdən birində atışma baş verib.
Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə "Rusiya" qəzeti Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 
Məlumata görə, hadisə ötən gün axşam saat 22:30 radələrində Lenin prospektindəki kafedə meydana gəlib.
Yayılan videogörüntülərdə hadisənin bir neçə nəfər arasındakı mübahisədən sonra baş verdiyi qeyd olunub.
Faktla bağlı istintaq başladılıb. Hadisənin səbəbləri araşdırılır.