​Moskvada 10 idarə boşaldıldı – Təcili

Rusiyanın paytaxtı Moskvada 10 idarənin heyəti təcili evakuasiya olunub.
Axar.az xəbər verir ki, evakuasiyanın bomba xəbərdarlığı ilə bağlı anonim zəngdən sonra həyata keçirilib.
Qeyd edək ki, son vaxtlar Rusiyada anonim zəng səbəbindən hər gün bir neçə şəhərdə oxşar olaylar yaşanır. Yalnız ötən gün 152 obyektdən 100 min adam təxliyə edilib.