Moskva Nadir Səlifovun (Lotu Qulinin) Rusiyaya təhvil verilməsini istəyir

Baxış sayı:
4378

Rusiyanın hüquq-mühafizə orqanları Türkiyəyə oktyabrın 8-də İstanbulda saxlanılmış kriminal avtoritet Nadir Səlifovu təhvil vermək xahişi ilə sorğu göndərib.
 
Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Səlifov RF-də oğurluq, zorla pul tələb etmə və banditlikdə ittiham olunur. Həm də istintaqın məlumatına görə, mafioz cinayət fəaliyyətini vidoekonfranslar vasitəsilə həyata keçirirdi, "Rosbalt" agentliyinin iddiası belədir.
Mənbənin məlumatına görə, Rusiyanın hüquq mühafizəçiləri Türkiyəyə Səlifovun RF-də beynəlxalq axtarışda olduğu haqqında sənədlər göndəriblər və RF onun Moskvaya ekstradisiyasını xahiş edir.
Bu ilin avqustunda Səlifov artıq ayın 28-də ad gününü qeyd etmək üçün getdiyi Monteneqroda hava limanında beynəlxalq axtarışda olan şəxs olaraq saxlanmışdı. Amma Monteneqro hakimiyyəti onu təhvil verməkdən imtina edib və sərbəst buraxıb. İmtina Səlifovun Rusiyada bu cinayətləri törədə bilməyəcəyi, belə ki, uzun illər Azərbaycanda həbsxanada saxlanması ilə əsaslandırılıb.
Qeyd edək ki, etnik azərbaycanlı olan Nadir Səlifov Gürcüstan əsillidir, amma Azərbaycan vətəndaşlığı yoxdur.
Maraqlıdır ki, İstanbul polisinin Səlifovun saxlanması haqqında məlumatında qeyd edilirdi ki, o, Azərbaycan mafiya lideridir və Azərbaycana təhvil veriləcək. Amma Azərbaycanın hüquq-mühafizə orqanları hələlik bu məsələ ilə bağlı heç bir şərh verməyiblər. Səlifovun bir il əvvəl Azərbaycanda həbsdən niyə buraxıldığı və rahatca İstanbula gedib adət etdiyi işlə məşğul olduğu məsələsi qaranlıq qalır