​Moskva ilə məsləhətləşmələr aparırıq – TÜRKİYƏ

Baxış sayı:
705

Türkiyə Rusiya ilə Afrin əməliyyatlarıyla bağlı məsləhətləşmələr aparır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Müdafiə naziri Nurəddin Canikli söyləyib.
“Biz Afrində əməliyyatlara hazırlaşırıq. Bunun üçün lazımı addımlar atırıq. Rusiya və regionun digər maraqlı ölkələri ilə koordinasiya qurmağa çalışırıq. Onların baxışlarını bizim mövqe ilə yaxınlaşdırmaq lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Türkiyə Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə MİT rəhbəri Hakan Fidan Moskvaya səfər ediblər.