​Moskva ABŞ-ın tə​​​​​​​hlükəli hədəfini AÇIQLADI

Baxış sayı:
4474

ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar Rusiyada vəziyyətin destabilizasiyasına yönəlib.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.
“Hər halda müəlliflər və sanksiyaların icraçıları bu və ya digər sözlərin altında əsl hədəfi gizlətməyə çalışırdılar. Əslində, onların hədəfi yalnız bizim daxili işlərimizə qarışmaq deyil, həm də ölkədə vəziyyətin dərin destabilizasiyası istiqamətində iş aparmaqdır”, - diplomat deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın sanksiyaları altında Rusiya iqtisadiyyatının əsas sahələri üzrə 422 hüquqi şəxs var.