MORALES: “Tramp dünya üçün təhdiddir”

ABŞ Prezidenti Donald Tramp bütün dünya üçün təhdiddir.
Muxalifət.az Axar.az istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Boliviya Prezidenti Evo Morales paylaşıb. 
“Özünün yeni qeyri-qanuni sanksiyaları ilə ABŞ Venesuela ilə dialoqa mane olmağa çalışır. Tramp Yer və bütün insanlıq üçün ən pis təhdiddir” – deyə o bildirib.