Moldovadan Kremlə: Ordunuzu çıxarın

Baxış sayı:
1897

Rusiya sülhməramlıları Dnestryanıdan çıxmalıdır.
 
Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Moldova Baş naziri Pavel Filip söyləyib.
“Mənim ölkəm Rusiya ilə balanslaşdırılmış və dostluq münasibətlərinə cəhd edir. Bu münasibətlərdə ticarət əməkdaşlığı siyasiləşdirilmiş olmayacaq. Moskva ilə dialoq qarşılıqlı hörmət əsasında olmalıdır. Moskva ilə münasibətlərdə sadə olmayan situasiya yaranıb. Bizi Şərqi Avropadakı qeyri-müəyyən situasiya narahat edir. Buradan Şərqlə Qərb arasındakı geosiyasi parçalanmanın əsas xətti keçir”, – deyə o bildirib.