​Moldova hərbçiləri Ukraynadakı təlimlərdə iştirak edəcək – PREZİDENTİN QƏRARINA RƏĞMƏN

Moldova hərbçiləri sentyabrın 7-dən 23-nə qədər Ukraynada keçiriləcək “Rapid Trident” təlimlərində iştirak edəcək. Xatırladaq ki, prezident İqor Dodon ölkə hərbçilərinin bu təlimlərdə iştirakını qadağan etmişdi.
“Moldova milli ordusunun 57 hərbçidən ibarət kontingenti 7-23 sentyabr tarixlərində Ukraynada Yarovir sülhün dəstəklənməsi üzrə beynəlxalq mərkəzdə keçiriləcək “Rapid Trident” təlimlərində iştirak edir”, - Moldova Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Daha öncə prezident İqor Dodon ölkə hərbçilərinin Ukraynadakı təlimlərdə iştirakını qadağan etmişdi.
Bundan başqa, may aynda Moldova prezidenti bəyan etmişdi ki, ölkənin NATO-da üzvlüyü qətiyyən yolverilməzdir.