Mənzil verilən idman xadimlərinin SİYAHISI

Baxış sayı:
5641

Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə mənzillə mükafatlandırdığı görkəmli idman xadimlərinin adları müəyyənləşib.
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, siyahıda müxtəlif idman növləri üzrə məşqçilər, hakimlər, idmançı və veteran idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları yer alıb.

1. İsrafilov Nazim Məhəmmədvəli oğlu – atletika üzrə Azərbaycan milli komandasının məşqçisi
2. Xanlarov Rəhman Hüseyn oğlu - Avarçəkmə üzrə Azərbaycan milli komandasının məşqçisi
3. Məhərrəmov Emil Səfərağa oğlu – veteran boksçu
4. Allahverdiyev Rəhim Allahverən oğlu – boks üzrə əməkdar məşqçi
5. Nuruzadə Samit Böyükkişi oğlu – basketbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi
6. İbrahimov Abil Dəmir oğlu – sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi
7. Əzizli Eldəniz Yəmən oğlu - yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu
8. Bakarova Vəfa Təyyar qızı – Gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi
9. Ansari Olqa Vyaçeslavovna – veteran həndbolçu
10. Ağakişiyeva Elmira Nurməmməd qızı – veteran voleybolçu
11. Həşimov Sənan Ağabəkir oğlu – taekvondo üzrə Azərbaycan milli komandasının böyük məşqçisi
12. Məmmədov Məhəmməd Cəbrayıl oğlu - taekvondoçu
13. Babayev Yaşar Əlibaba oğlu – veteran futbolçu
14. Hacıyev Əli Nəriman oğlu - cüdo və sambo üzrə əməkdar məşqçi
15. Qasımova İlahə İlqar qızı – karateçi
16. Hüseynov Ruxi Malik oğlu – şaolin idman növü
17. Əliyev Babək Əziz oğlu – kunqfuçu
18. Aslanov Ramal Əli oğlu – kikboksinqçi
19. Məmmədov Nizami Ayyar oğlu - Şərq əlbəyaxa döyüş növləri
20. Qarayev Cavidan Allahverdi oğlu – samboçu
21. Musayev Rüstəm Vaqif oğlu – pauerliftinqçi
22. Məmmədova Gülnar Mərfət qızı – şahmatçı
23. Əliyev Vaqif Hüseynağa oğlu – həndbol üzrə beynəlxalq dərəcəli hakim
24. Hüseynov Elşən Kamal oğlu – Gənclər və İdman Nazirliyində Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri
25. Rzayev Yaşar Əziz oğlu – Gənclər və İdman Nazirliyində tətbiqi idman növləri sektorunda aparıcı məsləhətçi.