​"MƏNİM VƏHHABİ DOSTLARIM DA VAR " – Allahşükür Paşazadə

Baxış sayı:
7675

"Mənim xristianlarla da, müsəlmanlarla da dost münasibətim var. Sünnilər, şiələr arasında dostlarım çoxdur. Hətta vəhhabi dostlarım da var."
Bu sözləri QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O, bu gün keçirdiyi mətbuat konfransında amerikalı jurnalistin sualına cavabında belə deyib.
Şeyxülislam bildirib ki, Azərbaycanda bütün dini liderlərin toplantısına hazırlıq görülür.
Qeyd edək ki, Bakıda "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğu" adlı beynəlxalq konfrans keçirilir.