"Məni izləyənlərdən 100-nəfərə 925 min dollar verəcəm" dedi, rekord qırdı - FOTO

Baxış sayı:
11107

Tvitter-də ilk dəfə bir status 4 milyon dəfə paylaşılıb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, yaponiyalı milyarderin tviti 4 milyon dəfədən artıq paylaşılaraq "retweet" rekordu qırıb.

Milyarder yanvar ayının 5-də atılan tvitdə bildirib ki, onu izləyib, statusunu "retweet" edən 100 nəfərə 925 min dollar verəcək.

"100 milyon yen qazanmaq üçün məni izləyin və bu tviti RT edin".

Qeyd edək ki, Yusaku Maezawa adlı biznesmen "Zozotown" şirkətinin sahibidir. O, Yaponiyanın 13-cü zəngin adamıdır. "Forbes"in yazdığına görə onun 3.8 milyard dollar sərvəti var.