“MƏNİ CİNSİ QISNAMAYA VƏ TƏHDİDƏ MƏRUZ QOYUB...” - “Azərbaycanlı Demet Akalın” Türkiyədə Leventlə sevişdi, sonra məhkəmədə çəkişdi

Baxış sayı:
2274

“Azərbaycanlı Demet Akalın” kimi tanınan gənc müğənni Sevinc Ağaşirinova Türkiyədə bir yerdə işlədiyi Levent M. tərəfindən cinsi qısnama və şantaja məruz qalma iddiasıyla polis bölməsində ifadə verib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin şikayəti əsasında Levent M.-ə qarşı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
 
S. Ağaşirinova polis bölməsində verdiyi ifadəsində 2 il əvvəl Azərbaycandan Türkiyəyə işləmək məqsədli gəldiyini, bir müddət sonra Levent M.-lə tanış olduğunu qeyd edib. Həmin şəxs ona birlikdə işləməyi təklif edib və Türkiyədə ona menecerlik etmək istədiyini söyləyib. Onlar 5 ay birlikdə çalışıblar. Bu müddət ərzində Levent.M-lə S.Ağaşirinova arasında yaxın münasibətlər yaranıb, Levent onu bəyəndiyini çatdırıb. Amma Ağaşirinova onun istəyini rədd etdiyinə görə, Levent tərəfindən təhdidlərə, şantaja məruz qalıb.
 
irinova deyib ki, Levent M. onunla evlənməyəcəyi təqdirdə Azərbaycanda ailəsinə rəzil edəcəyini, hətta öldürəcəyini söyləyərək taciz və şantaja məruz qoyub.
Levent M. isə gənc müğənni ilə görüşdükdən sonra evini satdığını, bu pulla klip çəkilişlərini təşkil etdiyini və müğənninin Azərbaycanda yaşayan ailəsinə baxdığını, beləliklə 300 min lirə xərclədiyini bildirib. O, deyib ki, gənc müğənni ilə evlənmək planları olub, lakin pulu olmadığı zaman S. Ağaşirinova ondan uzaqlaşıb və şikayət edib.
 
Prokurorluq  Levent M.-in 5 illik həbs cəzası ilə cəzalandırılmasını istəyir. İşə yaxın günlərdə İstanbul Cəza Məhkəməsində baxılacaq.