“Mənə təklif edirlər ki, öz vəsaitimlə bu işi görüm...” - Göyçay rayon sakini “Azərqaz”dan şikayətçidir

Baxış sayı:
9316

Göyçay rayonu, Yeni Qızılca kənd sakini Bağırov Famil Sabir oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Azərqaz” onun yolunu bağlayıb:

"Mən, Bağırov Famil Sabir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Artıq yazmadığım, şikayət etmədiyim orqan qalmayıb.

Göygöl rayonu Yeni Qızılca kəndində yaşayıram. Bizim məhləmizə giriş yoxdur, qaz boruları bütün yolu bağlayıb. Göygöl rayon qaz idarəsinə və Gəncə regional qaz idarəsinə şikayət etmişik. Lakin şikayətin mahiyyəti ilə maraqnanan yoxdur. Mənə təklif edirlər ki, öz vəsaitimlə bu işi görüm. Bunu da etməyə mənim gücüm, imkanım yoxdur.

2 övladım var, ailə sahibiyəm. Dövlətdən gəlirim yoxdur. Sosial müavinat da almıram. Heç bir yerdə işləmirik.

Sizdən xahiş edirəm ki, bu məsələni ictimailəşdirin, “yuxarı”da oturanlar görüb, bəlkə bir tədbir görələr".