​“Mən hələ qərar verməmişəm” – MEHMAN ƏLİYEV

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. Bu isə o deməkdir ki, agentliyin işini bərpa etməsi üçün maneə qalmayıb.
Ancaq “Turan” İA-nın direktoru Mehman Əliyev virtualaz.org-a bildirib ki, o hələ agentliyin işinin bərpası ilə bağlı qərar qəbul etməyib.
“Mən hələlik dincəlirəm, qərar qəbul edən kimi kollektivi toplayıb, qərarımı elan edəcəyəm. Hələ ki mən heç bir qərar qəbul etməmişəm”, – deyə M.Əliyev vurğulayıb.