​“Məmurlar yemlik buğdanı ərzaq buğdası adı ilə ölkəyə idxal edir” - Vahid MƏHƏRRƏMOV

Baxış sayı:
3006

“Bu buğdadan digər ölkələrdə heyvan yemi kimi istifadə olunur”
 
“Bilirsinizmi, çörəyimizin dadı niyə yoxdur? Çörəkbişirmədə istifadə olunan buğda 4-cü, 5-ci sinif buğda standartına uyğundur. Bu buğdadan digər ölkələrdə heyvan yemi kimi istifadə olunur”.
Muxalifet.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
 
“Gürcüstanda 4-cü, 5-ci sinif buğda idxalına qadağa qoyulub”
 
“Təəssüflər olsun ki, çox ucuz olduğu üçün inhisarçı məmurlar yemlik buğdanı ərzaq buğdası adı ilə ölkəyə idxal edirlər. 
Qonşu Gürcüstanda Saakaşvili hakimiyyətə gələn kimi 4-cü, 5-ci sinif buğda idxalına qadağa qoydu”, - deyə ekspert xatırladıb.
 
Cavid, Muxalifet.az