​Məmurlar haqda ən çox hansı sayt yazdı? – ÖTƏN HƏFTƏNİN STATİSTİKASI

Baxış sayı:
11496

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Onu da bildirək ki, bu həftədən etibarən məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.
 

Qeyd edək ki, 11-17 dekabrda həftəlik təhlil üçün əldə edilən 121 məlumat ümumilikdə 47 elektron KİV-də yayılmışdır. Onlardan 20-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 27 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:
 
Bu həftədə də, əvvəlki həftələr ərzində olduğu kimi, ən çox bu tip məlumatları paylaşan yenə də xalqxəbər.az  saytı olmuşdur. Qeyd edək ki, bu KİV-də paylaşılan 11 məlumatdan 3-ü ilk dəfə olaraq bu saytda verilmişdir.
Saytın paylaşdığı məlumatlardan 3-ü bu saytda çıxan  -  “15 dekabr arayışı məmurları yumruqlayan Süleyman Mikayılovu bitirir – Dosye”, “Gədəbəydə Ramiz Yediyarovun fironluğu davam edir... – İTTİHAM” və “Bir müddətdir mediada tirajlanan və məsələnin həll edilməsi əvəzinə vətəndaşların təqib edilməsi qalmaqalı böyüməkdədir” olmuşdur.
 

Muxalifet.az