​Məmmədyarov Karyakinlə heç-heçə oynadı

Baxış sayı:
1705

Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirinin səkkizinci turu çərçivəsində Şəhriyar Məmmədyarov rusiyalı qrossmeyster Serqey Karyakinlə üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, partiya 30-cu gedişdə heç-heçə ilə başa çatıb.
Növbəti dəfə sülhlə ayrılan şahmatçımızın hazırda aktivində beş xal var. Onun xalları bu dəqiqələrdə Uesli Soya qarşı oynayan Fabiano Karaunanın xalları ilə bərabərləşib.