Məmmədyarov həmsədrlərlə Qarabağı müzakirə etdi - YENİLƏNİB

Baxış sayı:
9766

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb. 
Bununla bağlı Muxalifet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 
Bu gün günün ikinci yarısında E.Məmmədyarovun Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla görüşü planlaşdırılıb. 

07:19

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür.
Bunu öz “Twitter” səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva yazıb.
“Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür”, - o bildirib.
Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.