Əməliyyat üçün Azərbaycana qayıtdı, indi Türkiyəyə geri dönə bilmir

Ailəsi ilə Türkiyədə məskunlaşan azərbaycanlı Məhəmməd Qəhrəmanov əməliyyat üçün döndüyü Azərbaycandan ailəsinin yanına qayıda bilmir.
 
Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Axıska türkü olan M. Süleyman oğlu Qəhrəmanov 2013-cü ildən ailəsi ilə birgə Türkiyəyə köçübmüş. Orada tutulduğu xəstəliyə görə əməliyyat olunmaq məcburiyyətində qalır. Tibbi sığortası olmadığından Azərbaycana geri dönür. Lakin əməliyyat olunduqdan sonra yenidən Türkiyəyə qayıtmaq istədikdə problemlərlə qarşılaşır.
Artıq 4 ildir ki, ailəsi Türkiyədə, özü isə Azərbaycanda qalan M. Süleymanoğlunın döymədiyi qapı qalmayıb. Hazırda ailə dövlətdən yardım gözləyir.
Problemdən Dünya Axıska Türkləri Birliyində xəbərdar olsalar da, hələ də öz həllini tapmayıb.