​Əməliyyat: 17 "İphone X" və kəsici alətlər aşkarlandı

Baxış sayı:
3451

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı həmin nəqliyyat vasitəsindən 17 ədəd "İphone X" markalı mobil telefon, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.