​MƏKTƏBDƏ ATIŞMA - Ölən və yaralananlar var - YENİLƏNİB

Baxış sayı:
3922

ABŞ-ın Alabama ştatında baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, hadisə Birminqem şəhərində yerləşən məktəblərin birində qeydə alınıb.
Yaralanan şagirdlərdən biri xəstəxanaya aparılarkən keçinib, daha birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
 
*** 02:47
 
ABŞ-ın Alabama ştatında təhsil müəssisəsində atışma baş verib.
APA-nın məlumatına görə, bu barədə “BreakingNNow‏” xəbər verib.
Məlumata görə, hadisə Birminqem şəhərində qeydə alınıb. Silahlı insident nəticəsində 2 nəfərin yaralandığı bildirilir.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.