MKİ direktoru Qaşıqçı cinayəti ilə bağlı Senatı məlumatlandırdı: SENAT QARIŞDI

Baxış sayı:
10885

MKİ direktoru Gina Haspel ABŞ Senatını Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı cinayətilə bağlı məlumatlandırıb. Haspelin iştirak etdiyi iclasdan sonra Amerikalı senatorlardan ard-arda heyranedici açıqlamalar verilib.
 
Demokrat senator Menendez, "ABŞ Yəməndəki müharibəyə və Qaşıqçı cinayətinə güclü cavab verməlidir. ABŞ Səudiyyə Ərəbistanının sakinilərinə dəqiq və mübahisəsiz bir mesaj göndərməlidir. Mövcud olanlardan digər sanksiyalara bu mesajı göndərəcəkdir" deyib.
Respublikaçı senator Şelby tərəfindən edilən açıqlamada isə, "Məlumatlandırma, ABŞ-da heç kəsin etməyəcəyi cinayət haqqındakı düşüncələrimizin bir çoxunu təsdiq etdi" deyib.
 
VƏLİƏHD ŞAHZADƏ ÇILĞIN VƏ TƏHLÜKƏLİDİR
 
Respublikaçıların öndə gələn şəxslərindən biri olan Lindsay Qrehem tərəfindən edilən açıqlamada isə, "MKİ məlumatlandırmasından sonra Qaşıqçı cinayətinin vəliəhd şahzadənin məlumatı olmadan həyata keçirilmədiyinə əminəm. Vəliəhd şahzadə Məhəmməd bin Salman Qaşıqçı cinayətinin cinayət ortağıdır. Vəliəhd şahzadə çılğın və təhlükəlidir. Senatdakı həmkarlarımla Səudiyyə vəliəhd şahzadəsinin cinayətə şərik olduğu istiqamətində bir açıqlama üzərində çalışacağam. Səudiyyə Ərəbistanına silah satışını dəstəkləmirəm. Cinayətin içində yer alanlara qarşı Magnitsky Qanunu tətbiq edilməlidir. Tramp rəhbərliyi vəliəhd şahzadəylə bağlı dəlilləri görmək istəmir" deyib.
Digər bir Respublikaçı senator olan Corker isə, "Qətl əmrini vəliəhd şahzadənin verdiyinə dair heç bir şübhəm yoxdur. Bunun bir bədəli olmalıdır. Tramp ayağa qalxmalı və bir neçə gün ərzində ABŞ-ın cinayəti bağışlamayacağını açıqlamalıdır. Əks təqdirdə Konqres hərəkətə keçməlidir" deyə bildirib.
Müxalifət.az