MKİ direktoru Qaşıqçı cinayəti ilə bağlı Konqresdə brifinq verəcək

Baxış sayı:
3811

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin Senatdan sonra jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsinə dair əlindəki kəşfiyyat məlumatlarını bu gün qapalı iclasda Nümayəndələr Palatasının öndə gələn şəxsləri ilə bölüşəcəyi iddia edilib.
 
 İddianın qaynağı isə ABŞ-ın NBC televiziyasıdır.
 
HASPELDƏN BRİFİNQ
 
Haspelin keçən həftə Senatda verdiyi brifinqdən sonra senatorların ABŞ prezidenti Donald Tramp rəhbərliyini Qaşıqçı cinayətinə əhəmiyyət verməməkdə günahlandırdığı xatırladılan xəbərdə, bənzər bir brifinqin Nümayəndələr Məclisində də aparılmasının Tramp üzərində Qaşıqçı məsələsində təzyiqi artıracağına diqqət çəkilib.
MKİ direktorunun Nümayəndələr Məclisinə verəcəyi brifinq ərəfəsində Amerika kəşfiyyat rəsmilərinin Qaşıqçı cinayəti barədə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsini məlumatlandırdığı ifadə edilib.
Mövzu ilə bağlı məlumatı olan mənbələr cümə günü ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ilə müdafiə naziri Ceyms Mattisin eynilə Senatda etdikləri kimi qapalı bir iclasda Qaşıqçı cinayətinə dair Nümayəndələr Palatasına məlumat verəcəyini iddia edib.
 
STRATEJİ MƏLUMAT MÜBADİLƏSİ
 
NBC televiziyası həmçinin Senat mənbələrinə əsaslandırdığı xəbərində, ötən həftə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Fidanın Qaşıqçı cinayətinə dair Türkiyənin əlindəki məlumatları və Türk orqanlarının apardığı araşdırmaya dair məlumatları bir qrup senatorla bölüşdüyünü iddia edib.
Müxalifət.az