MKİ-də işgəncə üsulları: DƏRMANLA DANIŞDIRMA LAYİHƏSİ

Baxış sayı:
2707

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ), 11 sentyabr hücumlarından sonra həbs etdiyi “terror şübhələrini dərmanla danışdırma üsullarına qarşı bir layihə" üzərində çalışdığı ortaya çıxıb.
 
"Project Medication" kimi tanınan layihənin detalları, Amerika Mülki Azadlıqlar Həmkarlar İttifaqlarının "İnformasiya Əldə Etmə Haqqı Qanunu" çərçivəsində məhkəmə qərarı əldə etdiyi "Səhiyyə Xidmətləri Ofisinin Nəzarət, Həbs və Mühakimə Etmə Proqramında İştirakı Barədə Səhiyyə Nazirinin görüşləri" adlı hesabatda yer alıb.
 
DOĞRU SÖZÜ SÖYLƏDƏN DƏRMAN
 
MKİ-nin yüksək səviyyəli tibbi rəsmisi tərəfindən qələmə alınan hesabatda, təşkilatın 2002-ci ildə ABŞ xaricindəki gizli həbsxanalarında məhbus terror şübhəliləri ilə işgəncələrə alternativ olaraq sorğu-sual zamanı məhbuslara doğru sözü söylədəcək bir dərman üçün Səhiyyə Xidmətlərindən yardım tələb etdiyi qeyd olunub.
Hesabatda MKİ-nin 1950 və 60-cı illərdə "MK-ULTRA" kimi tanınan dərmanla sorğulama layihəsi çərçivəsində bu cür dərmanlardan istifadə etdiyi, ancaq işgəncələrə dözən məhbusların bu dərmanlara da müqavimətli olduğunun təsbit edildiyinə diqqət çəkilib.
MKİ-nin bu dərmanları 149 adam üzərində sınaqdan keçirdiyi qeyd edilən hesabatda, təsir maddəsi "midazolam" olan bir dərmanın seçilə biləcəyi qeyd edilib.
 
MKİ-nin İŞGƏNCƏ ÜSULLARI
 
Hesabatda, həssas xəstələrdə istifadə edilən "benzodiazepin" qrupu dərmanların da istifadə edilə biləcəyi, ancaq bunların həkim nəzarətində aparılması lazım olduğuna işarə edilib.
Həmçinin hesabatda, layihənin, sorğularda beyində dəyişikliyə səbəb olan dərmanların istifadə edilməsini qanunla qadağan olunduğu və işgəncəyə müqavimətli məhbuslar üzərində təsirli olmadığı üçün 2003-də Ədliyyə Nazirliyinə bildirilmədən rəfə qaldırıldığı ifadə edilib.
Amerika Mülki Azadlıqlar Həmkar vəkili Dror Laden, hesabatla bağlı açıqlamasında, hesabatdakı ən əsas məsələnin MKİ həkimlərinin işgəncə üsullarında istəyərək iştirak etməsi olduğunu bildirib.
Qeyd edək ki, MKİ-nin işgəncə üsulları, ABŞ-da uzun illər böyük mübahisələrə səbəb olub.
Keçmiş ABŞ prezidenti Barak Obama, 2009-da vəzifəyə gəldikdən qısa bir müddət sonra bir prezident fərmanı ilə işgəncə ilə mühakimə etmə üsullarını qadağan etmişdi.
Müxalifət.az