​"Əməkdaşlarımız ona həkim təklif etsələr də..." - TURİST ÖLÜMÜ

Baxış sayı:
6148

Bakıda vəfat edən turistlə bağlı "Centrum" hosteli açıqlama verib.
Hoteldən Teleqraf.com-a bildirilib ki, 61 yaşlı turistin ürəyində ciddi problem olub:
 “Hadisə dünən səhər saatlarında baş verib. Növbədə olan əməkdaşlarımız onun həkimə getməsini təklif ediblər, lakin razılaşmayıb. Yatıb, səhər oyanmayıb. Ürək çatışmazlığından otağında dünyasını dəyişib”.
Hostelin əməkdaşı qeyd edib ki, 14 nəfər 1 otaqda qalıblar.
Bakıda keçirilən Formula 1 yarışlarını izləmək üçün Azərbaycana gələn turist qaldığı oteldə vəfat edib.
Hadisə aprelin 29-usəhər 09:30 radələrində baş verib. İrlandiya vətəndaşı, 1957-ci il təvəllüdlü Allan Frederik "Tarqovı"da, Xəqani Ticarət Mərkəzində yerləşən "Centrum" oteldə otağında ölü tapılıb.
O, ürək çatışmazlığından vəfat edib. A. Frederikin artıq çəkidən əziyyət çəkdiyi bildirilir.