​Əməkdar jurnalist yeni vəzifəyə təyin olundu

Baxış sayı:
13435

Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsində (DGK) işə başlayıb.
E.Babayevə Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsi həvalə olunub.
DGK-nin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov "Report"a faktı təsdiqləyib. O bildirib ki, E.Babayev DGK-da bu gündən fəaliyyətə başlayıb.
Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə "Kaspi” qəzetində və "Trend” İnformasiya Agentliyində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.
O, 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.