Mixail Saakaşvili Ukraya hakimiyyətini tezliklə çamadanlarını toplamağa çağırıb

Baxış sayı:
7006

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili aprelin 1-də Ukraynaya geri dönəcəyini anons edib.
Buna görə Ali Radanın vitse-spikeri İrina Geraşşenko onu sərt şəkildə tənqid eidb.
Geraşşenkonun sözlərinə görə, M.Saakaşvili və tərəfdarları üçün ölkə sərhədi olduqca nisbi anlayışdır. Onun müdafiəçiləri isə sadəcə statist (kütləvi səhnələrdə oynayan aktyorlara deyilir-red.) funksiyasını yerinə yetirirlər.
“İndi aprlein 1-də yeni hoqqa çıxarılacaq. Bunun adı özbaşınalıq, xaos və aqressiyadır. Üstəlik, sərhədçilərimiz də yeni təxribatın qarşısını almaya bilərlər”,- deyə vitse-spiker bəyan edib.
Mixail Saakaşvili İrina Geraşşenkonun sözlərinə özünün feysbuk səhifəsində cavab verib.
O, Ukrayna vətəndaşı olduğunu və öz evinə qayıdacağını yazıb. Bundan başqa, M.Saakaşvili Ukraynadakı “cinayətkar rejim” adlandırdığı hakimiyyət nümayəndələrindən fərqli olaraq ölkə qanunlarına həmişə hörmətlə yanaşdığını qeyd edib.
“Mən başa düşürəm ki, siz ölkəni talan etmənizə əngəl törədilməsini istəmirsiz. Lakin məhz sizlər Ukraynanı Avropanın ən kasıb ölkəsi halına gətirib. Bəlkə insanlara nağıl danışmaq yerinə çamadanlarınızı yığmağa başlayasınız”,- deyə eks-prezident Ali Radanın vitse-spikerinə səslənib.
Bundan başqa, Saakaşvili hazırkı hökumətin rüsvayçı iqtidarına tezliklə son qoyulacağına əmin olduğunu ifadə edib./Musavat