​Mitinqdə iştirak edən daha iki gənc həbs edildi

Baxış sayı:
5060

Bu gün Milli Şuranın başçılığı altında Bakının mərkəzi meydanlarında etiraz aksiyaları keçirildi. Gənclərin üstünlük təşkil etdiyi aksiyada vətəndaşlar 28 May metrosunun və Heydər Əliyev sarayının qarşısında, eyni zamanda Fəvvarələr meydanında hakimiyyətin istefasını tələb edən şüarlar səsləndiriblər. Hakimiyyət orqanları mitinqin kütləviliyinin qarşısını almaq üçün şəhərin mərkəzinə işləyən ictimai nəqliyyatı, hətta metronu belə qapadıb.
Bütün bu manelərə baxmayaraq  minlərlə insan şəhərin mərkəzinə axın edərək etiraz aksiyasında iştirak ediblər. Bundan əndişə keçirən hakimiyyət orqanları aksiyanın qarşısını almaq üçün ənənəvi olaraq zorakı metodlara əl atıblar. Belə ki, polis və mülki geyimli qoçu dəstələri aksiya iştirakçılarına qarşı amansız davranaraq onlara qarşı fiziki güc tətbiq etmişlər. Yüzlərlə mitinq iştirakçısı polis və mülki geyimdə olan təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti almış, onlarla mitinq iştirakçısı isə saxlanılaraq müxtəlif polis idarələrinə aparılıblar. Polis idarələrində mitinqdə aktivlik göstərən gənclərə qarşı xüsusi amansızlıq göstərilib.
Mitinqdə xüsusi fəallığı ilə seçilən ADP-çi gənclər Coşğun Qurbanov və Nəriman Məmmədzadə də saxlanılaraq polis bölməsinə aparılaraq orada fiziki işgəncələrə məruz qalıblar. Daha sonra hər iki gəncin barəsində 20 gün müddətinə inzibati həbs qərarı verilib.

Nərmin