MİT-in Suriyadan gətirdiyi terrorçu Əsədin 600 əsgərini xilas edibmiş – TERRORÇULARDAN ŞOK ETİRAFLAR

Baxış sayı:
2419

Türkiyənin kəşfiyyat qurumu olan MİT-in Suriyanın Lazkiyə şəhərində keçirdiyi əməliyyatla tutduğu Yusif Nazikin Suriya kəşfiyyatı ilə diqqət çəkən əlaqələri var. Hatay vilayətinin Reyhanlı rayonunda 11 may 2013-də 53 vətəndaşın həyatını itirdiyi bombalı hücumu planlayan Yusif Nazikin, Ankara Polisi Terrorla Mübarizə Şöbəsində sorğusu davam edir.
 
 
TERRORÇUYA ETİMAD EDİLİB
 
İlk sorğusunda, hücum tapşırığını "Hacı" ləqəbli Suriya kəşfiyyat nümayəndəsindən aldığını etiraf edən Nazikin, hücumdan əvvəl tez-tez Suriyaya gedərək bu adamla əlaqədə olduğu aydın olub. Nazikin, “hacı”dan başqa “Orden” ləqəbli Suriya kəşfiyyat vəzifəlisiylə də əlaqəli olduğu bildirilib. Cinayətin iştirakçılarından Yusif Büyükkasımın Yusif Naziklə bağlı açıqlaması diqqət çəkib. Terror hücumunu Mihraç Ural, Nasir Eskiocak, Yusif Nazik və “Hacı” ilə “Orden”in planlaşdırıb təşkil etdiklərini deyən Büyükkasım, Nazikin 500-600 civarında Suriya əsgərini müxaliflərdən azad etdiyini, bu səbəblə də Suriyada etimad gördüyünü söyləyib.
 
30 MİN DOLLAR
 
Cinayətin digər iştirakçısı Nasir Eskiocak dosyedə yer alan ifadəsində, “Hacı” kod adlı kəşfiyyatçı ilə Yusif Nazik vasitəsilə tanış olduğunu deyib. “Hacı”nın onu və Yusif Naziki Ankaraya kəşfiyyat üçün göndərdiyini bildirən Eskiocak, "Türkiyədə bombalı terror törətmək tapşırığını verən və bu işləri Suriya tərəfində təşkil edən şəxs “Hacı”dır. Reyhanlıda istifadə olunan partlayıcıları təmin edən və bu işlər üçün mənə 30 min dolları verən də yenə “Hacı”dır” deyib.
Eskiocakın ifadəsində, Yusif Nazikin sözügedən kəşfiyyatçılarla qaçaq alkoqol və narkotik ticarəti apardığını da ortaya qoyub. Buna görə, Eskiocak, “Orden” adlı şəxsin Lazkiyənin Keseb bölgəsində böyük bir marketi olduğunu qeyd edərək bunları deyib: "Bütün qaçaq viski, mazut və digər materiallar bu adamdan keçir. Erməni əsilli Suriyalı olan bu adamdan aylardan bəri qaçaq araq və viskiləri alıb, Türkiyəyə gətirirdik".
 
TƏMİNAT VERİLİB
 
"Yusif Nazikin başqa yerdən aldığı viski, araq və qaçaq əşyaları bu adamın köməyi ilə Türkiyəyə gətirirdik. Narkotiklər “Hacı” deyilən kişinindir. Türkiyədə kimə veriləcəyini bilmirəm. Bu narkotiklərin pulunu mikroavtobusları buraxdığımız yerdən alacaq adamlar “Hacı”ya verəcəkdi. Biz də razılaşdığımız pulu “Hacı”dan alacaqdıq". Eskiocakın bundan başqa, “Hacı” ləqəbli Suriyalı kəşfiyyatçının "Sənə zəmanət verirəm ki, Türkiyədə hara getsəniz, sizi heç kim dayandırmayacaq" - dediyini bildirməsi diqqət çəkib.
Müxalifət.az