MİT-in sabiq 63 əməkdaşının həbsi üçün sanksiya verilib

Xüsusi xidmət orqanının keçmiş əməkdaşları 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar
 
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstiqbarat Təşkilatı-MİT) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 63 keçmiş əməkdaşının tutulması barədə sanksiya verilib.
"Anadolu" agentliyi xəbər verir ki, xüsusi xidmət orqanının keçmiş əməkdaşları 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar.
İnformasiyaya əsasən, onların tutulması üçün Türiyənin 21 əyalətində əməliyyat keçirilib. Paytaxt Ankarada 32 ünvanda aparılan əməliyyat nəticəsində 9 şübhəli tutulub.
Məlumata görə, ötən il FETÖ istitaqı ilə əlaqədar MİT-in 87 əməkdaşı işdən azad edilib, onların 52-si barədə cinayətə işi başlanılıb.