Misirdən Əsədə çağırış: Hazırlığınızı görün!

Baxış sayı:
4870

Misirin xarici işlər naziri Samih Şukri Əsəd rejiminin Ərəb Birliyi üzvlüyünün yenidən aktiv hala gətirilməsinin, Ərəb Birliyi Şurasının qərarı və mart ayındakı zirvənin nəticəsindən asılı olduğunu deyib.
 
ƏSƏDƏ ÇAĞIRIŞ: ƏRƏB BİRLİYİ ÜÇÜN HAZIRLIĞINIZI GÖRÜN
 
 Əsəd rejiminə ölkənin təhlükəsizliyi, sabitliyi və suverenliyinin qorunması məsələsində lazımi addımları atması və Ərəb Birliyinə dönüş hazırlıqları görməsinə dəvət edən Şukri, "Əks halda üzvlüyünün aktivləşdirilməsi məsələsində dəyişən bir şey olmayacaq" deyib.
 
SAMMİTİN EV SAHİBİ TUNİS: QAYIDIŞINDAN SEVİNC DUYARIQ
 
 30-ci Ərəb Birliyi Sammiti mart ayında Tunisdə keçiriləcək.
Tunis prezidentinin nümayəndəsi Lezher əl Karavi eş Şabi 6 yanvarda verdiyi açıqlamada, Ərəb Birliyini rejimin üzvlüyünü yenidən aktiv hala gətirməsindən sevinc duyacaqlarını vurğulamışdı.
 
8 İL ƏVVƏL ÜZVLÜK TƏXİRƏ SALINMIŞDI
 
 Suriyanın Ərəb Birliyi üzvlüyü 2011-in noyabrında dondurulmuş, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri 2012-də Şamdan səfirlərini geri çəkmiş və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da 2012-də Suriyanın üzvlüyünü təxirə almışdı.
Müxalifət.az