Misir Türkiyəni məhkəməyə verdi: PULUMUZU QAYTARSINLAR

Baxış sayı:
3142

Misirli bir vəkil, "Osmanlı pulumuzu alıb" bəhanəsi ilə Türkiyəni məhkəməyə verib.
 
Misir Türkiyə əleyhində daha bir addım atıb.
 
"İŞĞALÇI OSMANLI"
 
Misirli vəkil Hamido Cəmil Prens, Osmanlının illər ərzində Misirdən haqsız yerə pul aldığını iddia edərək məhkəməyə müraciət edib.
Osmanlını işğalçı kimi təqdim edən “qondarma” vəkil, Misirli rəsmilərin məsələni təqib etməsi üçün də müraciət edib.
 
"TÜRKİYƏ PULUMUZU QAYTARSIN"
 
Misirli vəkil məhkəmə iddiasında bunları göstərib: Misir, Osmanlı tərəfindən işğal edilməsindən sonra hər il cizyə ödəməyə məcbur edildi. İşğalçı İngilislər ölkəmizə gəlməsindən sonra da bu ödənişlər davam etdi. Türkiyənin haqsız yerə alınan bu pulu bizə qaytarması lazımdır.
 
"GÜLÜNC BİR HADİSƏ"
 
Misir gündəmində yer alan bu hadisə, sosial media istifadəçiləri tərəfindən tənqid edilərək "gülünc hadisə" kimi səciyyələndirilib.
Qeyd edək ki, Sisi Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursiyə qarşı dövlət çevrilişi həyata keçirəndən bəri Türkiyə ilə Misir arasında əlaqələr hər keçən gün daha da pisləşməyə doğru gedir.
Müxalifət.az