​Miqrantları qəbul etməməkdən yanayıq - Moravetski

Baxış sayı:
4087

Polşa və Vişeqrad qrupunun (Polşa, Çexiya, Slovakiya və Macarıstan) digər ölkələri müharibədən zərər çəkən insanlara yerlərində kömək etməyi, öz ərazisində miqrantları qəbul etməməyi üstün tutur.
Muxalifet.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sammitdən əvvəl Vişeqrad qrupunun hökumət başçılarının görüşündə iştirakçılar miqrasiya böhranı məsələsinə dair insanlara yerlərində kömək göstərilməsi barədə dördlüyün mövqeyini dəqiqləşdiriblər.
Məlum olub ki, Vişeqrad qrupu ölkələri Aİ sammitindən əvvəl miqrantlara qoyulan Avropa kvotalarını qəbul etməyib, əvəzində Aİ sərhədlərinin mühafizəsi üçün 35 milyon avro təklif ediblər.