​Minlərlə əsgərimiz sizin üçün qurban getdi – ABŞ-a CAVAB

Baxış sayı:
838

Keçmiş bizə öyrətdi ki, ABŞ-a kor-koranə güvənmək lazım deyil.
Muxalifət.az xəbər verir ki, bu sözləri Pakistanın Xarici İşlər naziri Xoca Məhəmməd Asif deyib.
“ABŞ prezidenti bizdən nə etdiyimizi soruşur. Sizə hərbi bazalarımızı açdıq. Əfqanıstandakı ABŞ əsgərlərinin silah və ləvazimatla təmin edilməsi bizim torpaqlarımız vasitəsilə həyata keçirildi. Minlərlə sivil vətəndaşımız və əsgərimiz sizin başlatdığınız müharibənin qurbanı oldu”, - nazir bildirib.
Qeyd edək ki, Tramp Pakistanı terrorizmlə mübarizə üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsində ittiham edib. Rəsmi İslamabad isə bu ittihamla razılaşmayıb və istənilən an ayrılan vəsaitin hara xərclənməsinin hesabatını verməyə hazır olduğunu bildirib.