Minik avtomobili yandı - BAKIDA

Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.