​Mingəçevirdə yataqxanada yanğın - TÜSTÜDƏN BOĞULANLAR VAR

Baxış sayı:
648

Gecə saatlarında Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye parkının qarşısındakı ərazidə yerləşən fəhlə yataqxanasında yanğın baş verib.
Muxalifət.az xəbər verir ki, alovun qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqdaları və təcili yardım xidməti əməkdaşları cəlb olunub.
Yataqxana sakinlərinin əksəriyyəti təxliyyə olunub. Onların arasında tüstüdən boğulanlar var. Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.