“Əmin oldum ki, Nikol Paşinyan BAŞ NAZİR OLA BİLMƏZ” – VİTSE SPİKER ŞARMAZANOV

Baxış sayı:
7834

“Dünənki görüşdən sonra mən əmin oldum ki, Nikol Paşinyandan baş nazir olmaz”.
 
Bu açıqlama ilə Ermənistan parlamentinin vitse spikeri Şarmazanov çıxış edib.
Şarmazanovun fikrincə, 30 apreldə Nikol Paşinyanla görüşdə onun fikirləri Respublika Partiyasının nümayəndələri üçün inandırıcı olmayıb.
Vitse spiker bununla belə, partiyada baş nazir seçkisi ilə bağlı yekun qərarın qəbul edilmədiyini də bildirib.
Xatırladaq ki, “Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan bu gün parlamentdə baş nazir seçkisinin Respublikaçı deputatlar tərəfindən pozulacağını iddia etmişdi. Respublikaçı Şarmazanovun bu açıqlaması da Paşinyanın iddiasını gücləndirir.
Müxalifət.az