Milyonlarla insan vətəndaşlıqdan çıxarıldı

Baxış sayı:
11189

Hindistanın şimal-şərq bölgəsindəki Assam əyalətində 1,9 milyon insan vətəndaşlıqdan çıxarılıb.
 
BBC xəbər verir ki, vətəndaşlıqdan çıxarılanların mühacirlərdir.
 
Hindistanın Milli Vətəndaşlıq Siyahısına düşməyənlərin 120 gün ərzində etiraz etmək haqqı var. Sonrakı prosesdə nəticənin necə olacağı məlum deyil.
 
Hindistan bu prosesdən Banqladeşdən qeyri-qanuni gələn mühacirləri müəyyənləşdirmək məqsədi üçün istifadə edir. Rəsmi Dehli hazırda əyalət həbsxanalarında mühacir olmasından şübhələndikləri minlərlə insanı saxlayır.